"Hazırda Azərbaycanda taksi fəaliyyəti üçün fərqlənmə nişanlarının 67-68 faizi elektron qaydada verilir".

İqtisadiyyat.az xəbər verir ki , bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

O vurğulayıb ki, icazə blanklarının da elektron qaydada verilməsi təmin edilib:

"AYNA sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir".