Rusiya məhkəməsi Almaniyanın "Volkswagen" şirkətinə 16,9 milyard rubl (təxminən 193 milyon dollar) təzminat cəzası kəsib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məhkəmə məlumat yayıb.

Rusiyanın Nijni Novqorod şəhərində məhkəmədə keçirilən prosesdə “GAZ” şirkətinin “Volkswagen”ə qarşı qaldırdığı iddiaya baxılıb.

"GAZ" "Volkswagen"i davam edən müqavilələrdə istehsal və hissələrin daşınması ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə və bəzi müqavilələrə birtərəfli qaydada xitam verməkdə ittiham edib.

 

Gözəl Həşimova