Beyrutun cənubundakı Dahiya qəsəbəsində Hizbullah partiyasının fəalları partiya ofisləri və qərargahlarının yaxınlığında yerləşən evlərdən sakinləri təxliyə edirlər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Al Nahar" qəzeti məlumat yayıb.

Məlumata görə, belə tədbirlər İsrailin Beyruta basqınları zamanı mülki əhali tələfatının qarşısını almaq üçün həyata keçirilib.

Nəşrin məlumatına görə, evakuasiya prosesi şəhərətrafı qəsəbələrdə onlarla binanı əhatə edib. Dahiya sakinlərindən biri qeyd edib ki, Hizbullah ev sahiblərinə onların sakinlərinin müvəqqəti olaraq daha təhlükəsiz yerlərə köçürüləcəyi barədə məlumat verib.