Almaniyanın avtomobil istehsalçısı "BMW Group"un bu ilin ikinci rübündə avtomobil satışı illik müqayisədə 2% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Belə ki, "BMW"nin avtomobil satışları 2% artaraq 565 min 553 ədədə çatıb.

Eyni dövrdə "BMW"nin elektrikli avtomobil satışları illik müqayisədə 22,2% artaraq 107 min 933 ədədə çatıb.

Şirkətin ən böyük bazarı olan Çində satışlar isə 4,7% azalaraq 188 min 495-ə enib.

 

Gözəl Həşimova