Göygöldə anasını bıçaqlayan şəxs tutulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə APA-ya DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü R. Yusibov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

19:54

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonda yerləşən parkların birində qeydə alınıb. 1989-cu il təvəllüldü S.Nəsibova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, qadın oğlu tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.