Çin anomal istilər səbəbindən müvəqqəti olaraq “Tank” yolsuzluq avtomobillərinin istehsalını dayandırıb.

İqtisadiyyat.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

“Bu yay mövsümündə temperatur yüksəlməkdə davam edir. Avadanlıqların dayanıqlı işləməsini təmin etmək məqsədilə iyulun sonunadək “Tank” avtomobil zavodlarında təhlükəsizlik yoxlamalarının aparılması və avadanlıqlara texniki xidmət işlərinin aparılması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.

Məlumata görə, Çonçinq və Hubey və Hebey əyalətlərindəki sözügedən avtomobil markasının zavodları iyulun 23-dən iyulun 31-dək istehsalı dayandıracaq.

Qeyd edək ki, “Tank” 300, 400, 500 və 700 modellərini istehsal edir.

 

Sadiq Cavadov