İsrailin müdafiə naziri Yoav Qallant və Pentaqonun rəhbəri Lloyd Ostin telefonla İrana qarşı birgə mübarizəni müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Qallant Ostinə son hadisələr fonunda regional vəziyyət haqqında məlumat verib və onlar İran və onun tərəfindən çıxış edən qüvvələrin yaratdığı təhdidlər qarşısında ABŞ-İsrail müdafiə əməkdaşlığını müzakirə ediblər.

"Qallant regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün koalisiya tərəfdaşları və müttəfiqləri ilə birgə işləməyin vacibliyini vurğulayıb", - Müdafiə Nazirliyi bildirib. 

Qallant İsrailin Fələstin radikalları ilə vasitəçilər vasitəsilə müqavilə bağlayaraq Qəzza zolağında saxlanılan girovların azad edilməsinə nail olmaq istəyini xatırladıb.