Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov vəzifəsindən azad olunub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. 

Qeyd edilib ki, o, başqa işə keçməsi ilə əlaqədar olaraq öz istəyi ilə vəzifəsindən azad edilib. 

O, bundan sonra fəaliyyətini Qarabağ Universitetinin rektorluğunda davam etdirəcək.