Yununıstanın Ege Hava Yolları Yaxın Şərqdəki fövqəladə vəziyyətlə əlaqədar İsrailə və İsraildən bütün uçuşları qeyri-müəyyən müddətə ləğv etdiyini açıqlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə newsbomb.gr xəbər portalı məlumat yayıb.

Məlumata görə, Beyruta uçuşların ləğvindən sonra Ege Hava Yolları İsrail qüvvələri ilə HƏMAS hərəkatı arasında döyüşlər zamanı Yaxın Şərqdə baş verən son narahatedici hadisələrə görə İsraillə bütün hava nəqliyyatını növbəti xəbərdarlıqa qədər dayandırdığını bildirib.

Aviaşirkətin rəsmi saytında verilən məlumata görə, ən azı üç gün ərzində Təl-Əvivdən Afinaya və əks istiqamətdə bütün reyslər təxirə salınıb.