Almaniyanın avtomobil istehsalçısı "Volkswagen Group"un lüks markası "Porsche", bu ilin birinci yarısında avtomobil tədarükünü 7% azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət yanvar-iyun dövrü üçün avtomobil tədarükünün nəticələrini açıqlayıb.

Məlumata görə, buna səbəb əsas bazar olan Çində tələbin azalması olub. Hesabat dövründə şirkət 155 min 945 avtomobil tədarük edib.

Sözügedən dövr ərzində "Porsche"nin Çinə tədarükü illik müqayisədə 33% azalaraq 29 551-ə enib.

 

Gözəl Həşimova