Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat katibi Emil Şahzadə işdən çıxıb.

İqtisadiyyat.az xəbər verir, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Emil Şahzadə Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, E.Şahzadə 2021-ci ildən bu vəzifədə çalışırdı.