Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov iyulun 30-da İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.

Bu barədə İqtisadiyyat.az-a Nazirlər Kabinetindən məlumat verilib.

***

13:35

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib.

Bu barədə İqtisadiyyat.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Xatırladaq ki, iyulun 30-da İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək.