İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri ilə Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Jozep Borrell arasında telefon danışığı baş tutub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Bagiri Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı Avropa ölkələrinin sükutundan narahat olduğunu bildirib.

İran XİN rəsmisi vurğulayıb ki, AB İsrailə beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə öhdəliklərini yerinə yetirməsi üçün təzyiq göstərib Təl-Əvivin növbəti cinayətlərinin qarşısını almalıdır.