ABŞ-nin elektrikli avtomobil istehsalçısı olan "Tesla"nın 2023-cü maliyyə ilində gəliri 18,8% artaraq təxminən 96,8 milyard dollara çatıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, ABŞ "Tesla"nın ən böyük satış bazarı hesab olunur.

Şirkətin gəlirinin 78,5 milyard dollarından çoxu "Tesla"nın avtomobillərinin dizaynı, istehsalı və satışını əhatə edən avtomobil seqmentindən əldə edilir.

"Tesla"nın xərclərinin böyük hissəsi xüsusilə yüksək tələbatla məşhur olan "Model 3" və "Model Y" avtomobillərinin istehsalına yönəldilib.

İllər

Gəliri

2013

2 milyard dollar

2014

3,1 milyard dollar

2015

4 milyard dollar

2016

7 milyard dollar

2017

11,7 milyard dollar

2018

21,4 milyard dollar

2019

24,5 milyard dollar

2020

31,5 milyard dollar

2021

53,8 milyard dollar

2022

81,4 milyard dollar

2023

96,7 milyard dollar

 

Gözəl Həşimova