Elektrikli avtomobillər 2022-ci ildə qlobal minik avtomobili satışlarının təxminən 14 faizini təşkil edib ki, bu da illik müqayisədə təxminən 5,3 faiz bəndi çoxdur.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, elektrikli avtomobil satışları xüsusilə 2020-ci ildən bu yana sürətlənib.

Elektrikli avtomobillərin satışları son on ildə daha çox artıb. Belə ki, 2022-ci ildə avtomobil satışında elektromobillərin payı son 12 ilin maksimumuna çatıb.

İstehlakçı qavrayışı, hökumətin hədəfləri və texnoloji innovasiyaya investisiyalar da daxil olmaqla, elektromobil bazarının sürətli böyüməsinə müxtəlif amillər kömək edir. 2022-ci ildə elektrikli avtomobillərə hökumətlərin xərci təxminən 45 milyard dollara çatıb ki, bu da son beş ildə qeydə alınan ən kəskin artımdır.

2010-2022-ci illər arasında minik avtomobillərin satışında elektromobillərin bazar payı belə olub:

  • 2010 - 0,01%
  • 2011 - 0,07%
  • 2012 - 0,16%
  • 2013 - 0,27%
  • 2014 - 0,43%
  • 2015 - 0,70%
  • 2016 - 0,89%
  • 2017 - 1,4%
  • 2018 - 2,3%
  • 2019 - 2,6%
  • 2020 - 4,2%
  • 2021 - 8,7%
  • 2022 - 14%

 

Gözəl Həşimova