ABŞ-nin ən böyük neft-qaz şirkəti "Exxon Mobil" bu ilin ikinci rübündə xalis mənfəətini 17% artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir. 

Aprel-iyun dövründə şirkətin xalis mənfəəti 9,24 milyard dollar və ya hər bir səhm üçün 2,14 dollar olub. Halbuki, keçən ilin eyni dövründə bu göstərici 7,88 milyard dollar və ya hər səhmə görə 1,94 dollar təşkil edib.

"Exxon Mobil"in rüblük gəliri isə 12% artaraq 93,06 milyard dollara çatıb.

Bundan əlavə, "Exxon Mobil"in ikinci rübdə kapital xərcləri 7 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova