Rusiya 250 hərbçinin cəsədini Ukraynaya qaytarıb.

İqtisadiyyat.az xəbər verir ki, məlumatı Ukrayna Hərbi əsirlər üzrə Koordinasiya Qərargahı yayıb.

Bəzi Teleqram kanalları Ukraynanın Rusiyaya 38 cəsəd verdiyini yazıb.

Mübadilə Belqorod vilayətinin Krasnoyaruzski rayonunda Kolotilovka keçid məntəqəsi ərazisində baş verib.