Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, yığmamız 6-cı turda Çin yığması ilə üz-üzə gəlib.

Görüş komandamızın 21:19 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə qalib gəlib – 20:17