İsrail hərbçiləri ölkənin cənubundakı Kiryat Malaki şəhəri yaxınlığına bir ədəd mərminin düşdüyünü qeydə alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, mərmi Qəzza zolağının cənub hissəsindən atılıb və açıq əraziyə düşüb. Kiryat Malaki yaxınlığında təhlükəsizliklə bağlı hava hücumu xəbərdarlığı elan edilib.

Kiryat Malakii İsrailin cənubundakı ən böyük liman şəhəri Aşdoddan 10 km cənub-şərqdə, Qəzza zolağı ilə sərhəddən 28 km şimalda yerləşir. Aşdodun özündə hava hücumu xəbərdarlığı sonuncu dəfə martın sonunda işə salınıb.