Prezident İlham Əliyev Sabir Xudu oğlu Rüstəmxanlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, S.Rüstəmxanlı Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.