TFF 1-ci Liqa komandalarından olan "Ankaragücü"ndə diqqətçəkən bir hadisə baş verib.

İqtisadiyyat.az xəbər verir ki, mövsümə “Şanlıurfaspor” üzərində 2:0 hesablı qələbə ilə başlayan “Ankaragücü” yamaykalı futbolçu Renaldo Kefasdan xəbər ala bilmir.

Futbolçu ilə əlaqə yarada bilməsələr də, "Ankaragücü" rəhbərliyi futbolçunu "Şanlıurfaspor"la qarşılaşmada 21 nəfərlik heyətə daxil edib. Lakin Kefas məşqə gəlməyib və stadiona gəlməyib.

"Ankaragücü"nün baş məşqçisi Cihat Arslan "Şanlıurfaspor" matçından sonra mövzu ilə bağlı açıqlama verib.

"Heyətə yazmışdıq ki, onun gəlmədiyinə dair rəsmi qərar versinlər. Kefas məşqə gəlmir, matça da gəlməyib. Onun harada olduğunu bilmirik".