Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Ankaragücü”ndə debüt edib.

İqtisadiyyat.az xəbər verir ki, forvard I Liqanın I turunun “Şanlıurfaspor”la oyununda ikinci hissədə meydana çıxıb. Dadaşov oyuna daxil olduqdan 4 dəqiqə sonra komandasının 2-ci qolunu vurub.

Matç “Ankaragücü”nün qələbəsiylə başa çatıb – 2:0