İngiltərə Premyer Liqa komandalarından olan "Tottenhem" " Bornmut" da çıxış edən 26 yaşlı hücumçu Dominik Solankeni heyətinə qatıb .

İqtisadiyyat.az xəbər verir ki, bu transfer üçün 64 milyon avroluq bir transfer məbləği ödəyərək İngilis komandası daha əvvəl Tanguy Ndombéle'nin əlində tutduğu 62 milyon Avroluq transfer rekordunu qırıb

"Tottenhem” Harri Keyn ötən mövsüm komandadan ayrıldıqdan sonra Heung-min Sonu uzun müddət forvard xəttində istifadə etməli olub . Solankenin transferi üçün təxminən 64 milyon avro əsas transfer haqqı ödəniləcək və əlavə olaraq 12 milyon avroya qədər bonus ödənişləri də var.

Bu transfer haqqı ilə Solanke 2024-cü ilin yay transfer dövrünün ən bahalı transferi oldu.

Ötən mövsüm 19 qol və 3 məhsuldar ötürmə ilə Premyer Liqada ulduza çevrilən Solanke daha əvvəl 96 matçda liqada cəmi 10 qol vura bilmişdi. Bununla belə, 2022/23 mövsümündə o, “Bornmut”la 29 qol vuraraq komandasını Premyer Liqaya aparıb.