Bu gün Fransanın paytaxrı Parisdə keçirilən Yay Olimpiya Oyunlarına yekun vurulacaq.

İqtisadiyyat.ax xəbər verir ki, sonuncu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq. Sərbəst güləşçimiz Maqomedxan Maqomedov bürünc medal uğrunda yarışacaq. Onun rəqibi təsəlliverici qarşılaşmalardan sonra müəyyənləşəcək. Görüşün 13:30-da başlaması nəzərdə tutulub.

Yarışlarda indiyədək idmançılarımız 6 medal qazanıblar. Cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olub, taekvondoçu Qaşim Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar