Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) bürünc medal uğrunda döyüşə çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, təmsilçimiz Ukrayna idmançısı Murazi Mçelidze ilə üz-üzə gəlib. 10:0 hesablı qələbə qazanan Maqomedov bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan Olimpiadanı 2 qızıl, 2 gümüş və 3 bürünc mükafatla başa vurub.