"Hazırda aparılan ardıcıl kompleks tədbirlərin əsas hədəfləri dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına təzyiqinin azaldılması, əhalinin real gəlirləri və alıcılıq qabiliyyətinin qorunması, daxili istehsalın təşviq edilməsidir".

Bunu nazir Samir Şərifov qurumda keçirilmiş Kollegiya iclasında deyib.

Çevik və kompleks anti-inflyasiya proqramının qısamüddətli dövrdə inflyasiya amillərini nəzarətdə saxlamağa imkan verəcəyini deyən nazir bu istiqamətdə Maliyyə Nazirliyi qarşısında qoyulan vəzifələrin icrasına dair aidiyəti struktur bölmələrə tapşırıqlar verib.

Xatırladaq ki, Nazirlər Kabineti Prezident İlham Əliyevin tapşırığına əsasən, qiymət artımlarının ölkədə işgüzar fəallığa, əhalinin rifah və alıcılıq qabiliyyətinə mənfi təsirlərinin qarşısının alınması məqsədilə "Anti-inflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər" haqqında sərəncam imzalayıb və müvafiq dövlət orqanları qarşısında ciddi vəzifələr qoyub.