Ukrayna Müdafiə Qüvvələrinin nəzarətində olan Rusiya Federasiyasının Kursk vilayətinin ərazisində general-mayor Eduard Moskalevin rəhbərlik etdiyi hərbi komandanlıq yaradılıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Ali Baş Komandanın Qərargahının iclasının iştirakçıları üçün keçirilən videokonfrans zamanı bildirib.

Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı qeyd edib ki, cari günün əvvəlindən Ukrayna qoşunları müəyyən istiqamətlərdə 500 metrdən 1,5 km-ə qədər irəliləyib, düşmənin üç hücumunu dəf edib və hücum əməliyyatlarını davam etdirir.