"Cümə axşamı Dohada keçirilən danışıqlarda Qəzza zolağında atəşkəs razılaşması əldə olunmadı, lakin Qətərdəki görüş ümidverici başlanğıc idi".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Hələ görüləsi çox iş var və razılaşmanın mürəkkəbliyini nəzərə alaraq, biz bu gün danışıqlarda razılığın əldə olunacağını gözləmirdik. Əslində, danışıqların sabah da davam etdiriləcəyini gözləyirik", - o deyib.

"Bu gün perspektivli bir başlanğıcdır və proses irəlilədikcə bu gün və sabah daha çox hesabat verəcəyik", - deyə rəsmi əlavə edib.