"IKEA" firması Kanadanın Toronto şəhərində açılan yeni mağazasını yaradıcı konsepsiya ilə təqdim edib.

Məlumdur ki, keçmişdən bu günə qədər yaradıcı reklamlar bir çox markaya ilham mənbəyi olub. Şübhəsiz ki, İsveçin mebel nəhəngi "IKEA" şirkəti də belə reklam kampaniyalarının hazırlanması mövzusunda həmişə seçilmişdir.

Şirkətin keçmiş yaradıcı reklamları hələ də qarşımıza çıxsa da, o, bu reklamlara yenisini əlavə edib. Bu dəfəki kampaniya isə Toronto şəhərinin mərkəzində açılan ilk mağazasında "reallıq" anlayışının mənimsənilməsini əsas götürüb.

ikea-katalog-kampanya.jpg

Toronto şəhərinin Yonge və Gerrard prospektlərində açılan yeni mağazasının təqdimatı üçün "Made For Downtown Living", yəni "Şəhər mərkəzində yaşayış üçün hazırlanmışdır" şüarı qəbul edilib. "Rethink" reklam agentliyinin hazırladığı kampaniya çərçivəsində Torontoda bəzi evlər canlı IKEA kataloqlarına çevrilib.

Evlərin pəncərələrində vitrin görünüşü yaradan heyət vitrinlərdə IKEA-nın simvolik kataloq görünüşünü əks etdirir. Beləcə, küçədə gedərkən evlərə baxan insanların diqqətini pəncərələrdəki bu kataloq görünüşü cəlb edir.

Kataloqlarla yaxından tanış olmaq istəyənlər "Window Shopping", yəni "Pəncərədən alış-veriş" konsepsiyasını görürlər. Vitrinlərin bəzilərində evdən işləyən insanın iclas keçirdiyini, bəzilərində isə evinin qonaq otağında vaxt keçirən ailəni görmək mümkündür.