Ötən il qeyri-neft sektorunda fəaliyyət göstərən ƏDV ödəyicilərinin dövriyyələrində qeydə alınan müsbət dinamika iqtisadiyyatımızda şəffaflaşmanı və leqallaşmanı ifadə edir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, bu göstərici xidmət sahəsində 62,6 faiz, ticarətdə 30,7 faiz, iaşə obyektlərində 28,7 faiz, sənayedə isə 23 faiz olub.