"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tel-Əviv aviareysi üzrə uçuşların sayını artıracaq.

Hazırda aviaşirkət həftədə iki dəfə (cümə axşamı və bazar günləri) uçuşlar həyata keçirir. May ayından etibarən reyslərin sayı həftədə beş dəfəyədək artırılacaq.