"Xarici və yerli ekspertlərlə birgə yeni proqram hazırlanır. Bu, təkcə tıxaclarla bağlı deyil, həm də ictimai nəqliyyatın idarə olunması ilə bağlı proqramdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə bildirib.

 Onun sözlərinə görə, bu, proqram çərçivəsində paytaxtın rəqəmsal əkizi yaradılacaq:

"Proqramda avtobus zolaqlarının yaradılması və ya yerlərinin dəyişdirilməsi nəzərdə tutulub. Avtobus zolaqlarının harada olması, hansı kəsişmələrdən keçməsini rəqəmsal əkiz vasitəsilə həyata keçirəcəyik”.