Ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvlərinin adları məlum olub.  14 nəfərin cinayət işi icraata verilib, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

Report xəbər verir ki, 14 erməni terrorçusunun yalnız ikisinin - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviçin adları məlum idi.

Digərləri isə Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçlərdir.