Azərbaycandakı banklar, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 18 sürətli pul köçürmə sistemi vasitəsilə xidmt göstərir.

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.

Məlumata görə, bunlardan 8-i xarici, 10-u isə yerli pulköçürmə sistemləridir. Xarici sistemlər ölkə ərazisində banklarla əməkdaşlıq müqaviləsi çərçivəsində fəaliyyət göstərir.