2022-ci ilin yanvar ayının 31-nə Azərbaycanda manatla pul bazasının həcmi 14 milyard 44,2 milyon manat təşkil edib.

Bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Belə ki, pul bazasının həcmi aylıq müqayisədə 21,7 faiz azalıb, 2021-ci ilin yanvar ayının sonuna olan dövr ilə müqayisədə isə 9,9 faiz artıb.  

Qeyd edək ki, 2021-ci ilin dekabr ayının sonuna Azərbaycanda pul bazasının həcmi 17 milyard 937,6 milyon manat, 2021-cu ilin yanvar ayının sonuna Azərbaycanda pul bazasının həcmi 12 milyard 782 milyon manat təşkil edib.