Almaniya bu il Kiyevə iki hava hücumundan müdafiə sistemi IRIS-T SLM və IRIS-T SLS, 30-a yaxın Leopard 1A5 tankı və digər hərbi texnikaları təhvil verməyi planlaşdırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin Kiyevə yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinq Bundesverin "YouTube" kanalında bildirib.

Bundan əlavə, siyahıda müxtəlif tipli dronlar və anti-dron sistemləri, logistika nəqliyyatı, o cümlədən müxtəlif növ yük maşınları, dərman vasitələri və səhra xəstəxanası var.

Almaniya Ukraynaya ABŞ-dən sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ümumilikdə Almaniya Kiyevə hərbi dəstək üçün təxminən 28 milyard avro məbləğində öhdəlik götürüb.