Livandan İsrailin şimal rayonları növbəti dəfə atəşə tutulub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Livan ərazisindən bir neçə mərmi atılıb, onların bir hissəsi ələ keçirilib, qalanları açıq ərazilərə düşüb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Ordunun məlumatına görə, Bakı vaxtı ilə saat 19:21-də düşmən təyyarəsinin sərhədi keçmə təhlükəsi ilə əlaqədar İsrailin şimalındakı sərhəd bölgələrindən birində hava həyəcanı elan edilib.

Bundan əlavə, son bir neçə saat ərzində İsrail Hərbi Hava Qüvvələri Hizbullah hərəkatının hərbi obyektlərinə silsilə hücumlar həyata keçirib. Vurulan hədəflər Livanın Ayt əş-Şaab və Yarun yaşayış məntəqələrinin yaxınlığında olub.