Almaniyanın iqtisadi artımı tarixi minimuma enib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazır. 

Almaniya hökuməti yanında İqtisadi Ekspertlər Şurasının keçmiş rəhbəri Bert Rürup əsas problemi büdcəyə əlavə olaraq borc almağı qadağan edən "borc əyləci" siyasəti hesab edir.

"Görülməli ilk şey, bir çox cəhətdən pozulmuş infrastrukturun tez bir zamanda yenilənməsi və modernləşdirilməsi üçün "borc əyləci" islahatıdır. Enerji keçidinin düzgün aparılmasına gəldikdə texnologiyaya daha açıq olmaq da müdrik qərar olardı", - Rürup bildirib.

O, hər bir işsiz şəxsə mülki müavinətlərin verilməsi sisteminin dəyişdirilməsini zəruri hesab edir. Hazırda işsizlik müavinəti ayda 563 avro təşkil edir.

Bəziləri üçün daimi işə getməkdənsə, müavinət almaq və qeyri-rəsmi "part-time" işləmək daha faydalıdır.

"Mülki müavinət qeyd-şərtsiz əsas gəlir deyil, sosial müavinətdir və planlaşdırıldığı kimi, müntəzəm iş münasibətlərinə qayıtmağa yönəldilməlidir", - hökumət yanında İqtisadi Ekspertlər Şurasının keçmiş rəhbəri deyib.