Yaponiyanın dövlət borcu iyunun sonuna kimi rekord həddə - 1,311,04 trilyon yenaya (8,92 trilyon dollar) çatıb.

İqtisadiyyat.az bu barədə Kyodo agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ölkənin borcu ilk dəfə olaraq 1,3 trilyon yeni ötüb. Bu, hakimiyyət orqanlarının inflyasiyanın yüksəlməsi səbəbindən ev təsərrüfatlarına ayrılan subsidiya xərclərinin artması ilə əlaqəlidir.

Bu ilin ikinci rüvündə dövlət borcunun həcmi birinci rüb ilə müqayisədə 13,88 trilyon yen (94,4 milyard dollar) artıb.

Yaponiyanın bu maliyyə ili (aprel 2024 - mart 2025) üçün büdcə kəsiri 34,95 trilyon yen (237 milyard dollar) təşkil edir.