Ötən ay əhaliyə pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə 734,3 milyon manatdan çox vəsait ödənilib.

Bu barədə İqtisadiyyat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin iyul ayı ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 55,6 milyon manat və ya 8,19% çox olmaqla 734,3 milyon manatdan çox vəsait ödənilib.