Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) 18 fiziki şəxs olan sığorta agentinə verilmiş lisenziyaların müddətini dayandırıb.

25 yanvar 2022-ci il tarixli qərar ilə sığorta agentlərinin lisenziyalarının qüvvədə olma müddəti 3 aylıq dayandırılıb.  

Bu qərar, “Sığorta fəaliyyəti haqqında” qanunun 106.1.1-ci maddəsinə müvafiq olaraq verilmiş təqdimatları vaxtında və ya tam yerinə yetirilməməsi ilə bağlı olub.

Lisenziyalarının qüvvəsi dayandırılan fiziki şəxs olan sığorta agentlərinin siyahısı ilə linkdən tanış ola bilərsiniz. 

Eləcə də, Mərkəzi Bankın 25 yanvar 2022-ci il tarixli qərarı ilə altı fiziki şəxs olan sığorta agentinə verilmiş lisenziyaların qüvvəsi bərpa edilib. Bildirilib ki, sığorta agentlərinin lisenziyanın dayandırılmasına əsas verən hallar aradan qaldırılıb.

“Sığorta fəaliyyəti haqqında” qanunun 106.5-ci və 111.1-ci maddələrinə əsasən lisenziyalarının qüvvəsi bərpa edilən fiziki şəxs olan sığorta agentlərinin siyahını linkdən əldə edə bilərsiniz.