İtaliya Ukraynaya 200 milyon avro məbləğində güzəştli kredit ayırıb.

Bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.

Kredit müqaviləsinə görə, vəsait 15 il müddətinə sıfır faiz dərəcəsi ilə təqdim edilib. Bundan başqa, Ukraynaya krediti ödəmək üçün 7,5 il möhlət hüququ verilib.