2023-cü ilin oktyabrında anklavda əməliyyat başlayandan bəri İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 40,7 mindən çox fələstinli həlak olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Departamentin rəsmi "Telegram" kanalında dərc olunan xülasədə deyilir: "2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 40 738-ə yüksəlib, daha 94 154 nəfər yaralanıb". 

Məlumata görə, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 47 fələstinli həlak olub, 94 nəfər yaralanıb.