“2021-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8 faiz artaraq 3,8 milyard manatı keçib”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, proqnoz 109,9 faiz səviyyəsində icra olunub:

“Qeyri-büdcə təşkilatlarında da müsbət dinamika qeydə alınıb. Bu sahədən məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 15,3 faiz artaraq 2,4 milyard manatı ötüb və proqnoz 113,2 faiz yerinə yetirilib”.