İran 5 il ərzində Venesuelaya 200 min avtomobil tədarük etməyi planlaşdırır.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bununla bağlı iki ölkə arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, İran avtomobil şirkətləri Venesuelada boş qalan avtomobil zavodunu da işə salacaq.

İranın ikinci ən böyük avtomobil istehsalçısı olan “SAIPA”-nın baş direktoru Məhəmməd Əli bildirib ki,  iki ölkənin səlahiyyətliləri Venesuelada 2015-ci ildən fəaliyyətsiz olan “Venirauto” zavodunda istehsalın yenidən başlaması barədə razılığa gəliblər.

“SAIPA növbəti bir neçə ay ərzində venesuelalı müştərilərə 2000 avtomobildən ibarət ilk partiyanı təqdim edəcək.