Azərbaycanda bu ilin yanvar-may aylarında informasiya və rabitə müəssisələri 1168,7 milyon manatlıq xidmət göstərib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, xidmətlərin 76,7%-i əhaliyə göstərilib. Hesabat dövründə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% artıb, bu sahədə əldə edilən gəlirin 83%-i qeyri-dövlət sektorunun payına düşübdür.