16-17 oktyabr 2024-cü il tarixlərində Daşkənddə elektron ticarət və pərakəndə satış Mərkəzi Asiya Pərakəndə Həftəsinin beynəlxalq forumu keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Özbəkistandakı Ticarət Nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

“Forumun təşkilatçıları Rusiya Sənaye və Ticarət Nazirliyi, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi və Rusiya Pərakəndə Bazarı Ekspertlər Assosiasiyasıdır. Həmçinin konsaltinq şirkətləri, sənaye assosiasiyaları və səlahiyyətli orqanlar da təşkilatçı qismində yer alıblar”, - məlumatda deyilir.

Məlumata görə, forumda xarici elektron ticarət bazarlarının 1500-dən çox nümayəndəsi iştirak edəcək.

 

Sadiq Cavadov