İyun ayında ABŞ-də sənaye istehsalı əvvəlki ayla müqayisədə 0,6% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Federal Ehtiyatlar Sisteminin məlumatında deyilir.

Məlumata görə, ümumi məhsulun 78%-ni təşkil edən emal sənayesi istehsalı keçən ay 0,4% artıb. Hasilat sənayesində (neft və qaz hasilatı daxil olmaqla) bu göstərici 0,3% artıb. Bundan başqa, avtomobil istehsalı 1,7% artıb.

Ötən ay ABŞ-nin ümumi sənaye istehsalı 2023-cü ilin iyun ayına nisbətən 1,6% yüksək olub.

May ayında sənaye istehsalı aylıq müqayisədə 0,9%, illik müqayisədə isə 0,3% artıb.

İkinci rübün yekunu üzrə sənaye istehsalı illik ifadədə 4,3 faiz, o cümlədən emal sənayesində 3,4 faiz artıb.