“Böyük Yeddilik” (G7) qrupunun ötən il üzrə dövlət borcunun həcmi açıqlanıb.

İqtisadiyyat.az bu barədə dünya statistikasına istinadən xəbər verir.

Məlumata görə, ötən il Amerika Birləşmiş Ştatları təqribən 33 trilyon dollar ilə "G7" ölkələri arasında ən yüksək dövlət borcuna sahib ölkə olub. Bununla belə, dövlət borcunun ÜDM-dəki payı baxımından Yaponiya ABŞ-dən daha yüksək borc yükü daşıyır.

Hesabat dövründə ən yüksək dövlət borcu olan "G7" ölkələri bunlardır:

Ölkələr

Borcun miqdarı

ABŞ

33,2 trilyon dollar

Yaponiya

10,07 trilyon dollar

Böyük Britaniya

3,35 trilyon dollar

Fransa

3,25 trilyon dollar

İtaliya

3,05 trilyon dollar

Almaniya

2,83 trilyon dollar

Kanada

2,21 trilyon dollar

 

Gözəl Həşimova