Azərbaycan hakimiyyəti növbədənkənar parlament seçkilərini izləmək üçün hər cür şərait yaradıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu MDB müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 33 müşahidəçidən ibarət missiya avqustun 13-dən seçki prosesinə müdaxilə etməmək prinsipinə uyğun olaraq seçkilərin monitorinqini həyata keçirib: “Monitorinq zamanı MDB-dən olan müşahidəçilər Mərkəzi Seçki Komissiyası, Xarici İşlər Nazirliyi, Ali Məhkəmə və digər dövlət qurumları ilə seçki kampaniyasının gedişini müzakirə ediblər. Namizədlərlə də görüşlər keçirilib. Seçkilərin beynəlxalq müşahidəsi üçün bütün lazımi şərait yaradılıb”.

L.Anfimov Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətini və seçki məntəqələri üzvlərinin peşəkarlığını xüsusi qeyd edib. Onun sözlərinə görə, MSK-nın iclaslarında iştirak edən missiya üzvləri onun şəffaflığını qeyd edirlər: “Mən Azərbaycan xalqını parlamentə seçki kampaniyasının başa çatması münasibətilə təbrik etmək istəyirəm. Ümid edirəm ki, parlamentin yeni tərkibi onun çiçəklənməsi üçün hər cür səy göstərəcək